Kral III Çarlzın tacqoyma mərasimi gələn il keçiriləcək | 1news.az | Xəbərlər
Dünya

Kral III Çarlzın tacqoyma mərasimi gələn il keçiriləcək

10:39 - 10 / 10 / 2022
Kral III Çarlzın tacqoyma mərasimi gələn il keçiriləcək

Kral III Çarlzın tacqoyma mərasimi gələn il keçiriləcək.

1news.az Britaniya mediyasına istinadla xəbər verir ki, mövzu ilə bağlı rəsmi açıqlama olmasa da, iyunun 3-də rəsmən tac qoyacağı gözlənilir.

Anası Kraliça II Elizabetdən fərqli olaraq, Kral III Çarlz mərasimin daha sadə keçirilməsinin tərəfdarıdır.

Vestminster Abbatlığında keçirilməsi planlaşdırılan mərasim 1953-cü ildə Kraliça Yelizavetanın tacqoyma mərasimdən daha qısa olacaq.

Belə ki, anasının tacqoyma mərasimi 3 saat çəkdiyi halda, o, bu mərasimin bir saat olmasını istəyir. Həmçinin o, mərasimdə iştirak edəcək qonaqların sayının 8 min nəfərdən 2 minə endirilməsini tələb edib.

Kral III Çarlz gələn il tacqoyma mərasimində 74, həyat yoldaşı Kamilla isə 76 yaşında olacaq. O, indiyə qədər tac almış ən yaşlı monarx olacaq.

Yeni kral 56 müstəqil ölkədən və 2,4 milyard insandan ibarət Millətlər Birliyinin rəhbəridir. Bu ölkələrdən 14-nün isə dövlət başçısıdır.

Kral İngiltərə, Şotlandiya, Uels və Şimali İrlandiyadan ibarət Böyük Britaniyanın dövlət başçısıdır. Lakin onun səlahiyyətləri simvolikdir.

1news.az

Paylaş:
298

Sizin üçün xəbərlər

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər