Ermənistan Krım körpüsündə partlayışla bağlı araşdırmalara başladı | 1news.az | Xəbərlər
Ermənistan

Ermənistan Krım körpüsündə partlayışla bağlı araşdırmalara başladı

13:19 - 13 / 10 / 2022
Ermənistan Krım körpüsündə partlayışla bağlı araşdırmalara başladı

Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) oktyabrın 8-i Krım körpüsündə baş vermiş partlayışda iştirakı olanların sırasında Ermənistan vətəndaşının olması iddialarına əsasən araşdırma aparır.

1news.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Beynəlxalq terrorizmlə əməkdaşlıq, sənədlərin saxtalaşdırılması və partlayıcı malların qaçaqmalçılığı ittihamları ilə cinayət işi açılıb.

İstintaq zamanı Ermənistan vətəndaşı tərəfindən idarə olunan yük avtomobilində daşınan partlayıcı maddənin gömrükdə yoxlanılması araşdırılacaq.

Bütün daxil olan məlumatlar araşdırılır və bir neçə maddə üzrə cinayət işinə başlanılıb, istintaq davam edir.

Qeyd edək ki, Rusiya Federal Təhlükəsizlik Xidməti Krım körpüsündə baş vermiş partlayışın təşkilatçısının Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi olması və işlə bağlı 8 nəfərin həbsi ilə bağlı məlumat yayıb. Həmçinin o da qeyd olunub ki, həbs olunanların arasında Ermənistan vətəndaşı da var.

Xatırladaq ki, yük avtomobili Ermənistan ərazisinə üçüncü ölkədən daxil olub və sonra tərk edərək Gürcüstan ərazisindən Rusiyaya daxil olub.

Paylaş:
475

Son xəbərlər

Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRHBu gün, 20:24Azərbaycan XİN Pakistana başsağlığı veribBu gün, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilərBu gün, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİBBu gün, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdiBu gün, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJBu gün, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilirBu gün, 16:53Gəncədə qadın sirkə içib öldüBu gün, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edibBu gün, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdiBu gün, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilibBu gün, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşübBu gün, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdırBu gün, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edibBu gün, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcəkBu gün, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldıBu gün, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayırBu gün, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşübBu gün, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcəkBu gün, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdüBu gün, 13:46
Bütün xəbərlər