İraqda səfirliklərin binalarının ərazisinə hücum edilib | 1news.az | Xəbərlər
Dünya

İraqda səfirliklərin binalarının ərazisinə hücum edilib

14:31 - 13 / 10 / 2022
İraqda səfirliklərin binalarının ərazisinə hücum edilib

İraqın paytaxtında hökumət binaları və səfirliklərin yerləşdiyi “yaşıl zona”ya hücum olunub.

1news.az xarici KİV-ə istinadən xəbər verir ki, Bağdadda minaatanlarla rəsmi nümayəndəliklərin yerləşdiyi ərazilərə zərbələr vurulub.

Qeyd edək ki, bundan əvvəl ABŞ-ın İraqdakı səfirliyinə və digər hökumət binalarını hədəfləmək məqsədi ilə raketlər atılıb.

Aynurə Xudaverdiyeva

Paylaş:
378

Son xəbərlər

Bütün xəbərlər