Bayden oğlunun İraqda həlak olduğunu dedi - VİDEO
“Bunu İraqda həyatını itirən bir şəxsin atası kimi deyirəm”.
1news.az Forbes-ə istinadən xəbər verir ki, bu sözləri Birləşmiş Ştatların Prezidenti Cozef Bayden Kolorado ştatında xalq qarşısında çıxışı zamanı səhvən deyib.
“Mən bunu səmimi şəkildə “Bürünc ulduz” medalı alan və İraqda həlak olan bir şəxsin atası kimi deyirəm”, - deyə qeyd edib.
Bildirək ki, Co Baydenin oğlu Bo Bayden 2008-2009-cu illərdə İraqda xidmət etsə də o, 2015-ci ildə ABŞ-da 46 yaşında beyin xərçəngindən dünyasını dəyişib.
Aynurə Xudaverdiyeva
1news.az
595