Erməni hərbiçiləri minaya düşdülər - Ölən və yaralananlar var | 1news.az | Xəbərlər
Ermənistan

Erməni hərbiçiləri minaya düşdülər - Ölən və yaralananlar var

16:57 - 14 / 10 / 2022
Erməni hərbiçiləri minaya düşdülər - Ölən və yaralananlar var

Ermənistan Silahlı Qüvvələrinin şəxsi heyətini və hərbi vasitələrini daşıyan “UAZ” markalı avtomobil özləri tərəfindən Cermuk (İstisu) istiqamətində basdırılan minaya düşüb.

1news.az xəbər verir ki, bu barədə məlumatı “Novosti Azerbaydjana” teleqram kanalı yayıb.

Hadisənin bu gün günorta saatlarında baş verdiyi bildirilir.

Məlumata görə, hadisə nəticəsində erməni hərbçilər arasında ölən və yaralananlar var. Avtomobil isə yararsız hala düşüb.

Paylaş:
758

Son xəbərlər

Bütün xəbərlər