Ukrayna səfiri: “Sizin ağrınızı 2 il əvvəl də hiss edirdik, indi də hiss edirik”
“İki ildən sonra yenə də qonaqpərvər Gəncədəyəm”.
1news.az xəbər verir ki, bunu Gəncədə səfərdə olan Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski deyib.
“Demək olan ki, eyni hissləri yaşayıram, o vaxt barıt iyi gəlirdi, indi isə gəlmir.Yerdə olan uşaq oyuncaqlarına baxanda eyni hisləri yaşayıram. Bu bizim hazırda Ukraynada baş verənlərdə hiss etdiklərimizlə eynidir. Anam deyirdi ki, əgər ağrı hiss edirsənsə sağsan, başqa insanın ağrısını hiss edirsənsə deməli insansan. Biz də sizin ağrınızı 2 il əvvəl də hiss edirdik,indi də hiss edirik. Ssenari demək olar ki, eynidir döyüş bölgəsində nəticə əldə edə bilməyən düşmən mülki əhalini hədəfə alır. İndi Ukraynada hal-hazırda bu baş verir, mülki əhali raket atəşinə tutulur”, - deyə, səfir əlavə edib.
Foto:Nadir İbrahimli