Nazir müavini: Gəncəyə hücumdan əvvəl qondarma qurum tərəfindən etiraflar olub
“44 günlük Vətən müharibəsi zamanı üstünlüyü itirən Ermənistan hərbi-siyasi rəhbərliyi son nəticədə hərbi cinayətə, terrorra getdi”.
1news.az xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov bu diplomatik korpusunun nümayəndələrinin iştirakı ilə keçirilən brifinqdə deyib.
O bildirib ki, bu hərbi cinayət nəticəsində Azərbaycanın cəbhə bölgəsindən uzaq olan bəzi əraziləri Ermənistan silahlı qüvvələri ballistik raketlə atəşə tutdu.
“Azərbaycanın mülki ərazilərinin ballistik raketlərlə atəşə tutulması, 100-ə yaxın mülki insanın, günahsız insanın qətlə yetirilməsi, 500-ə yaxın mülki insanın yaralanmasının məsuliyyəti Ermənistanın hərbi siyasi rəhbərliyinin üzərinə düşür.
Azərbaycan xalqına qarşı Birinci Qarabağ müharibəsi zamanı Xocalı kimi qəddar, amansız soyqırımlar Ermənistan rəhbərliyi tərəfindən inkar edilir. Bu cinayətlərə görə Ermənistan hərbi-siyasi rəhbərliyi heç bir məsuliyyəti öz üzərinə götürmür. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi olaraq dəfələrlə bu məsələ ilə bağlı Ermənistan məsuliyyətli davranışa çağırılıb.
Ermənistanın törədilmiş cinayətlərə görə məsuliyyəti qəbul edib, təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi məsələsini qaldırmışıq. Bundan sonra da bu məsələ ilə bağlı tədbirlər görüləcək” .
Nazir müavini deyib ki, Gəncənin Ermənistan tərəfindən raket atəşinə tutulması ilə bağlı vəziyyət nisbətən fərqlidir.
“Belə ki, bununla bağlı həmin dövrdə, Vətən müharibəsi dövründə, oktyabr ayında qondarma qurumun qondarma nümayəndələri bəzi etiraflar etmişdi. Bu etiraflar həmin hücumlardan əvvəl olub.
Belə ki, qondarma rejimin qondarma mətbuat katibi tərəfindən belə bir paylaşım edilmişdi: “Bir neçə gündən sonra qorxuram ki, arxeoloqlar Gəncənin yerini tapa bilməyəcəklər. Gec olmadan özünüzə gəlin". Bu paylaşımdan sonra Gəncə 5 raket zərbəsi ilə vuruldu. Bundan başqa özünü qondarma qurumun prezidenti elan etmiş Arayik Arutyunyan tərəfindən edilən tvitterdə edilən paylaşımda Gəncəyə raket zərbələrinin onun əmriylə olduğun və bunun zarafat olmamasını deyərək gələcəkdə də belə addımların atılacağını qeyd edilçişdi.
Bu etiraflar olunsa da Ermənistan rəhbərliyi beynəlxalq təşkilat, xarici dövlətlər tərəfindən çağırışlar edilsə də Ermənistan rəhbərliyi susqunluq nümayiş etdirdi"
Foto: Nadir İbrahimli
1news.az