Elxan Poluxov Misirə səfir təyin edilib | 1news.az | Xəbərlər
Siyasət

Elxan Poluxov Misirə səfir təyin edilib

15:39 - 17 / 10 / 2022
Elxan Poluxov Misirə səfir təyin edilib

Tural Anar oğlu Rzayev Azərbaycan Respublikasının Misir Ərəb Respublikasında və eyni zamanda Sudan Respublikasında fövqəladə və səlahiyyətli səfiri, Azərbaycan Respublikasının Ərəb Dövlətləri Liqası yanında daimi müşahidəçisi vəzifələrindən geri çağırılıb.

1news.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Dövlət başçısının digər Sərəncamı ilə Elxan Polux oğlu Poluxov Azərbaycan Respublikasının Misir Ərəb Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

1news.az

Paylaş:
371

Son xəbərlər

Bütün xəbərlər