Prezident yazıçı Anarın oğluna vəzifə verdi | 1news.az | Xəbərlər
Siyasət

Prezident yazıçı Anarın oğluna vəzifə verdi

15:45 - 17 / 10 / 2022
Prezident yazıçı Anarın oğluna vəzifə verdi

Prezident İlham Əliyev Tural Rzayevlə bağlı Sərəncam imzalayıb.

1news.az xəbər verir ki, Sərəncamla Tural Anar oğlu Rzayev Azərbaycanın Misir və eyni zamanda Sudandakı fövqəladə və səlahiyyətli səfiri, Azərbaycanın Ərəb Dövlətləri Liqası yanında daimi müşahidəçisi vəzifələrindən geri çağırılıb.

Dövlət başçısının digər Sərəncamı ilə T. Rzayev Azərbaycanın Əlcəzairdəki fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Qeyd edək ki, yeni təyinat alan T. Rzayev Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayevin oğludur.

1news.az

Paylaş:
651

Son xəbərlər

Bütün xəbərlər