Qazaxıstan səfirliyi ölkəmizi təbrik etdi | 1news.az | Xəbərlər
Siyasət

Qazaxıstan səfirliyi ölkəmizi təbrik etdi

14:41 - 18 / 10 / 2022
Qazaxıstan səfirliyi ölkəmizi təbrik etdi

Qazaxıstanın Azərbaycandakı səfirliyi 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə xalqımızı təbrik edib.

1news.az-ın xəbərinə görə, bu barədə səfirliyin rəsmi “Facebook” səhifəsində paylaşım edilib.

Səfirlik xalqımıza sülh, əmin-amanlıq arzulayıb: “Qazaxıstan səfirliyi qardaş Azərbaycan xalqını Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edir!

Hər kəsə səmimi qəlbdən sülh, əmin-amanlıq, xoşbəxtlik, rifah və tərəqqi arzu edirik!”

Paylaş:
483

Son xəbərlər

Bütün xəbərlər