Azərbaycan Müdafiə Nazirliyi Ermənistan tərəfinin yaydığı məlumatı təkzib etdi
Oktyabrın 18-i gecə saatlarında Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin bölmələrinə müxtəlif çaplı atıcı silahlardan atəş açılması ilə bağlı qarşı tərəfin yaydığı məlumat həqiqəti əks etdirmir, tamamilə yalandır.
1news.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.
"Yayılan məlumatı qəti surətdə təkzib edirik" - deyə, məlumatda qeyd olunub.
281