ABŞ səfirliyi Azərbaycanı təbrik etdi | 1news.az | Xəbərlər
Siyasət

ABŞ səfirliyi Azərbaycanı təbrik etdi

10:28 - 18 / 10 / 2022
ABŞ səfirliyi Azərbaycanı təbrik etdi

Müvəqqəti işlər vəkili Hüqo Qevara Azərbaycan xalqını Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib.

ABŞ-ın Azərbaycandakı səfirliyindən 1news.az-a verilən məlumata görə, Birləşmiş Ştatlar və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünü münasibəti ilə ABŞ rəsmisi ölkəmizə təbrik ünvanlayıb:

“Azərbaycan müstəqilliyini əldə etdikdən sonra keçən 30 il ərzində biz enerji təhlükəsizliyinin gücləndirilməsi, transmilli təhlükələrlə mübarizə, ikitərəfli ticarət və sərmayələrin inkişafı, habelə fundamental azadlıqların dəstəklənməsi kimi sahələrdə birgə çalışmağa davam edirik. Sözügedən səylərlə yanaşı biz Azərbaycanda və ümumilikdə Cənubi Qafqazda dinc və firavan gələcəyin təmin olunmasına sadiq qalırıq. Birləşmiş Ştatlar adından mən Azərbaycan xalqını Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edirəm!”

Paylaş:
775

Son xəbərlər

Bütün xəbərlər