Zelenskidən xalqa çağırış: “Elektrik cihazlarını yandırmayın”

Hər iki tərəfin ağır itkilər verdiyi Rusiya-Ukrayna müharibəsinin başlamasından 8 ay keçməsinə baxmayaraq müharibənin yol açdığı dağıntılar günü-gündən artır.
Rusiya ordusu iki gün ard-arda Ukraynanın paytaxtı Kiyevə hücum edib.
1news.az "ensonhaber"ə istinadən xəbər verir ki, böyük qorxuya səbəb olan bu hadisədən sonra Ukrayna Prezident Aparatının rəis müavini Kirilo Timoşenko Rusiyanın adı açıqlanmayan elektrik stansiyasına üç dəfə hücum etdiyini açıqlayıb.
Bununla ilə bağlı açıqlama verən Ukrayna prezidenti Zelenski daha 3 enerji obyektinin Rusiya qüvvələri tərəfindən dağıdıldığını bildirib və Ukrayna xalqını enerjiyə qənaət etməyə çağırıb.
Zelenskinin xalqa müraciətini təqdim edirik:
"Xahiş edirik, zərurət olmadıqca elektrik cihazlarını yandırmayın. Elektrik enerjisi istifadənizi məhdudlaşdırın və çox enerji sərf edən cihazlardan istifadə etməyin. Elektrik enerjisi istifadəsində mümkün olduğu qədər başadüşən olmaq çox vacibdir və buna görə də planlaşdırılan kəsilmələr daha qısa olacaq".
Ayşən İsmayılova