“Yenidən Gürcüstanda olmağıma çox şadam” | 1news.az | Xəbərlər
Siyasət

“Yenidən Gürcüstanda olmağıma çox şadam”

16:45 - 24 / 10 / 2022
“Yenidən Gürcüstanda olmağıma çox şadam”

“Mən burada özümü evdəki kimi hiss edirəm. Yenidən Gürcüstanda olmağıma çox şadam. Baş nazir İrakli Qaribaşvili ilə görüşlərimiz tez-tez keçirilir. Təkcə keçən il cənab Qaribaşvili iki dəfə Azərbaycanda səfərdə olub. Eyni zamanda, beynəlxalq təşkilatların keçirdiyi tədbirlər çərçivəsində də biz tez-tez görüşürük”.

1news.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Gürcüstanda mətbuata bəyanatında söyləyib.

“Əminəm ki, bugünkü səfər Azərbaycan-Gürcüstan qardaşlıq münasibətlərinə yeni təkan verəcək. Bu münasibətlər çox dərin ənənələr üzərində qurulub. Əsrlər boyu xalqlarımız dostluq, qardaşlıq və mehriban qonşuluq şəraitində yaşamışlar”, - deyə dövlət başçısı vurğulayıb.

Paylaş:
429

Son xəbərlər

Bütün xəbərlər