Nensi Pelosinin evinə basqın oldu - Əri yaralandı | 1news.az | Xəbərlər
Dünya

Nensi Pelosinin evinə basqın oldu - Əri yaralandı

17:20 - 28 / 10 / 2022
Nensi Pelosinin evinə basqın oldu - Əri yaralandı

Naməlum şəxs ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin San-Fransiskodakı evinə basqın edib.

1news.az xəbər verir ki, bu barədə məlumatı “Reuters” agentliyi yayıb.

Məlumata görə, sözügedən şəxs Nensinin həyat yoldaşı 82 yaşlı Pol Pelosiyə hücum edib, onu yaralayıb.

Hadisə zamanı Nensi Pelosi evdə olmayıb.

Basqın edən şəxsin saxlanıldığı, Pol Pelosinin isə xəstəxanaya yerləşdirildiyi bildirilir.

Aynurə Xudaverdiyeva

Paylaş:
454

Son xəbərlər

Bütün xəbərlər