Mask “Twitter”dən işçiləri qovdu | 1news.az | Xəbərlər
Dünya

Mask “Twitter”dən işçiləri qovdu

10:59 - 28 / 10 / 2022
Mask “Twitter”dən işçiləri qovdu

Hazırda dünyanın yaşayan ən zəngin insanı İlon Mask “Twitter”i aldıqdan sonra işçilərin 70 faizini ixtisara salacağı məlumatı yayılmışdı.

1news.az xarici KİV-ə istinadən xəbər verir ki, İlon Mask sözügedən platformanı aldıqdan sonra şirkətdə fəaliyyət göstərən 5 yüksəkvəzifəli direktoru istefaya göndərib.

Məlumata görə, şirkətin Baş direktoru Parag Agravala, maliyyə direktoru Ned Sigl, müştərilərlə iş üzrə direktor Sara Personet, korporativ siyasət üzrə direktor Vijaya Kadde, eləcə də şirkətin baş hüquqşünası Şon Eket işdən azad olunublar.

Məlumata görə, Maskın tviteri almasına dair müqavilə imzalanarkən həmin şəxslər şirkətin baş qərargahında olublar və sənəd imzalandıqdan sonra mühafizə onları binadan uzaqlaşdırıb.

İddialara görə, işçilərin 70%-i yaxın gələcəkdə ixtisara salınacaq.

Aynurə Xudaverdiyeva

Paylaş:
546

Son xəbərlər

Bütün xəbərlər