ABŞ və Çin nümayəndələri müzakirə apardılar | 1news.az | Xəbərlər
Dünya

ABŞ və Çin nümayəndələri müzakirə apardılar

10:15 - 31 / 10 / 2022
ABŞ və Çin nümayəndələri müzakirə apardılar

ABŞ dövlət katibi Entoni Blinken və Çinin xarici işlər naziri Van İ arasında telefon danışığı olub.

1news.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi internet səhifəsində məlumat yayılıb.

Tərəflər telefon danışığı zamanı ABŞ-Çin münasibətlərini haqda danışıblar.

Blinken həmsöhbəti ilə Rusiya və Ukrayna arasındakı müharibəni, həmçinin bu müharibənin qlobal təhlükəsizlik və iqtisadi stabillik üçün yaratdığı təhlükələr barədə müzakirə aparıb.

Onlar həmçinin Haitidəki humanitar vəziyyətin pisləşməsini və Haiti xalqının dəstəklənməsi üçün koordinasiya olunmuş qarşılıqlı fəaliyyətin davam etdirilməsinə dair fikir mübadiləsi aparıblar.

Paylaş:
469

Son xəbərlər

Bütün xəbərlər