Almaniya hökuməti Markelə xəbərdarlıq etdi | 1news.az | Xəbərlər
Dünya

Almaniya hökuməti Markelə xəbərdarlıq etdi

11:03 - 05 / 11 / 2022
Almaniya hökuməti Markelə xəbərdarlıq etdi

Almaniya hökuməti ölkənin keçmiş kansleri Angela Merkelə xərclərini azaltmaq barəsində tapşırıq verib.

1news.az Almaniya mətbuatına istinadən xəbər verir ki, hökumət Markelə ofisinin sadə görünüşdə olmasını da deyib.

Bildirilib ki, bu ofis vəzifə öhdəliklərinin yerinə yetirilməsi üçündür və heç bir halda şəxsi məqsədlər üçün istifadə oluna bilməz.

Həmçinin əlavə olunub ki, keçmiş kanslerin səyahət xərcləri dövlət tərəfindən yalnız sözügedən səfərlərin Almaniya Federativ Respublikasının maraqlarına uyğun olduğu halda qarşılanacağı da bildirilib.

Aynurə Xudaverdiyeva

Paylaş:
554

Son xəbərlər

Bütün xəbərlər