Bakının iki rayonunda su kəsiləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakının iki rayonunda su kəsiləcək

Qafar Ağayev15:51 - 17 / 06 / 2024
Bakının iki rayonunda su kəsiləcək

Gecə saatlarından başlayaraq sabah gün ərzində Bakının iki rayonunda su kəsiləcək.

Bu barədə 1news.az-a "Azərsu" ASC-dən bildirilib.

Məlumata görə, yeni parkın tikintisi layihəsi çərçivəsində ərazidən keçən magistral su xəttinin köçürülməsi və yenidən qurulması işləri ilə əlaqədar iyunun 18-də gecə saatlarından başlayaraq gün ərzində Nərimanov və Nəsimi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Qurum bununla əlaqədar abonentlərdən üzr istəyir.

Paylaş:
391

Son xəbərlər

Bütün xəbərlər