ADY ötən ilin rekordunu təzələyir - 6,9 milyondan çox sərnişin daşınıb
Bu ilin yanvar-oktyabr aylarında “Azərbaycan Dəmir Yolları” QSC (ADY) qatarları ilə 6,9 milyondan çox sərnişin daşınıb.
1news.az ADY-yə istinadən xəbər verir ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 23% çoxdur.
2023-cü və 2024-cü illərin oktyabr ayında daşınan sərnişin sayında isə bu il 24% artım qeydə alınıb.
Qeyd edək ki, 2023-cü ildə ADY dəmir yolları tarixində ilk dəfə olaraq 7 milyon sərnişin daşımağa nail olub.
281