BMT-nin Baş katibi: “Qlobal temperatur artımını 1,5°C-lə məhdudlaşdırmaq üçün təcili tədbirlər görülməlidir” | 1news.az | Xəbərlər
Cəmiyyət

BMT-nin Baş katibi: “Qlobal temperatur artımını 1,5°C-lə məhdudlaşdırmaq üçün təcili tədbirlər görülməlidir”

Qafar Ağayev12:29 - 12 / 11 / 2024
BMT-nin Baş katibi: “Qlobal temperatur artımını 1,5°C-lə məhdudlaşdırmaq üçün təcili tədbirlər görülməlidir”

“Qlobal temperatur artımını 1,5°C-lə məhdudlaşdırmaq üçün təcili tədbirlər görülməlidir”.

1news.az xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılışında bildirib.
O, ölkələri ədalətli və səmərəli karbon bazarları qurmağa, yerli icmaların hüquqlarına hörmət etməyə və yaşıl yuyulma (greenwashing) ilə mübarizə aparmağa çağırıb.

Hazırda bərpa olunan enerji mənbələrinin qlobal enerji bazarında ən ucuz mənbələrə çevrilib.
BMT Baş katibi üç prioritetə diqqət çəkib: 1) Emissiyaların 2030-cu ilə qədər 43% azaldılması, 2) Qlobal qalıq yanacaq istehsalının 30% azaldılması və bərpa olunan enerji mənbələrinin gücünün artırılması, 3) Maliyyələşdirmə sahəsində təcili tədbirlərin görülməsi.
O, inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələrə dəstək verməsini və iqlim maliyyələşdirməsinin vacib olduğunu vurğulayıb.

Quterreş qeyd edib ki, iqlim maliyyəsi xeyriyyəçilik deyil, bir investisiyadır və bu sahəyə investisiya edilməsə, bəşəriyyət ağır nəticələrlə üzləşəcək.

Paylaş:
102

Son xəbərlər

Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıbBu gün, 13:21COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56Yağış, duman, külək - Bazar gününün havası açıqlandıBu gün, 12:39DİN: Ötən gün 7,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıbBu gün, 12:12Azərbaycanda sektorlar üzrə strateji planların hazırlanmasının yeni Qaydası təsdiqlənibBu gün, 11:53Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlarBu gün, 11:4431 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilibBu gün, 11:20Bu il icbari tibbi sığorta hesabına icra olunan diskektomiya əməliyyatının sayı açıqlanıbBu gün, 11:06AFFA nümayəndəsi “Mançester Siti”nin oyununa təyinat aldıBu gün, 10:32Azərbaycan və Braziliya arasında turizm əlaqələri müzakirə olunub - FOTOBu gün, 10:12Bu gündən bəzi məktəblərdə dərslər başlayıbBu gün, 09:41AMB günün valyuta məzənnəsini açıqladıBu gün, 09:20Paytaxt yollarında vəziyyət necədir? - NİİM açıqladıBu gün, 09:17Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15
Bütün xəbərlər