Yaponiyada güclü zəlzələ: Sunami təhlükəsi elan edildi
Yaponiyanın Kyuysu adasının şərq sahilində, Filippin dənizində güclü zəlzələ qeydə alınıb.
1news.az xəbər verir ki, Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi zəlzələnin maqnitudasını 6,6 olaraq açıqlayıb. Eyni zamanda, ABŞ Geoloji Xidməti bu rəqəmi 6,9 olaraq qiymətləndirib.
Yeraltı təkanların episentri Miyadzaki prefekturasına yaxın, 30 km dərinlikdə yerləşib.
Zəlzələdən sonra Yaponiya hökuməti Miyadzaki və Koçi prefekturaları üçün sunami təhlükəsi elan edib. Hakimiyyət orqanları əhalini ehtiyatlı olmağa, dənizdən uzaq durmağa və sahil zonalarını tərk etməyə çağırır.
68