Trampın Qəzza açıqlaması böyük etiraz doğurdu: “Fələstin satılmır” | 1news.az | Xəbərlər
Dünya

Trampın Qəzza açıqlaması böyük etiraz doğurdu: “Fələstin satılmır”

Qafar Ağayev10:39 - Bu gün
Trampın Qəzza açıqlaması böyük etiraz doğurdu: “Fələstin satılmır”

ABŞ Prezidenti Donald Tramp, İsrail Baş naziri Binyamin Netanyahu ilə keçirdiyi mətbuat konfransında "Qəzzanı ələ keçirəcəyik, şəhərin yenidən qurulmasına və silahların məhv edilməsinə cavabdeh olacağıq" deyərək qalmaqal yaradıb.

1news.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu açıqlama Yaxın Şərq, Avropa və ABŞ daxilində böyük narazılıqla qarşılanıb. Ağ Evin qarşısında toplaşan etirazçılar "Fələstin satılmır" şüarları səsləndirib.

HƏMAS: “Gülünc və absurddur”
HƏMAS rəsmisi Sami Əbu Zuhri, Trampın Qəzzanı nəzarətə almaqla bağlı sözlərini "gülünc və absurd" adlandıraraq bunun bölgədə gərginliyi artıracağını bildirib.

İsrail Hökumətində məmnunluq

İsrailin ifrat sağçı maliyyə naziri Bezalel Smotriç Trampa təşəkkür edərək onun fikirlərini dəstəklədiyini bildirib.

Beynəlxalq reaksiyalar

Fələstinin BMT-dəki Daimi Nümayəndəsi Riyad Mansur "Dünya liderləri fələstinlilərin Qəzzada qalmaq istəyinə hörmət etməlidir" deyib.

Səudiyyə Ərəbistanı isə Fələstin məsələsində mövqeyinin dəyişməyəcəyini və İsraillə münasibətlərin yalnız müstəqil Fələstin Dövləti qurulduqdan sonra mümkün ola biləcəyini vurğulayıb.

“Etnik təmizləmə planı”
ABŞ daxilində də Trampın açıqlamalarına sərt reaksiya verilib. Demokrat senator Kris Van Hollen və keçmiş konqres üzvü Castin Amaş bu təklifi "etnik təmizləmə" adlandırıb və ABŞ-ın belə bir addımla yeni bir münaqişəyə sürüklənə biləcəyini bildiriblər.

Paylaş:
54

Son xəbərlər

Bütün xəbərlər