Kanadanın növbəti baş naziri bəlli olub

Mark Karni Kanadanın hakim Liberal Partiyasının yeni lideri seçilib və ölkənin növbəti baş naziri olacaq.
1news.az xəbər verir ki, o, partiyadaxili seçkilərdə 85,9 faiz səs toplayaraq sədr seçilib. Keçmiş maliyyə naziri Kristia Friland 8 faiz, Karina Quld və Frank Baylis isə təxminən 3 faiz səs alıblar.
Karni, Justin Trüdo istefa verdikdən sonra baş nazir postunu tutacaq və yeni hökumət formalaşdıracaq.
63