ABŞ-də 12 ştat Tramp administrasiyasına qarşı məhkəmə iddiası qaldırdı

ABŞ-nin 12 ştatı sabiq Prezident Donald Tramp administrasiyasının tətbiq etdiyi yüksək gömrük rüsumlarının dayandırılması tələbi ilə məhkəməyə müraciət edib.
1news.az xarici KİV-lərə istinadən xəbər verir kiArizona, Kolorado, Konnektikut, Delaver, İllinoys, Meyn, Minnesota, Nevada, Nyu-Meksiko, Nyu-York, Oregon və Vermont ştatlarının hüquq-mühafizə orqanları Nyu-Yorkda yerləşən ABŞ Beynəlxalq Ticarət Məhkəməsinə iddia ərizəsi təqdim ediblər.
İddia ərizəsində Tramp rəhbərliyinin gömrük siyasətinin qanunsuz olduğu, bu addımların ABŞ iqtisadiyyatında qarışıqlığa və qeyri-sabitliyə səbəb olduğu bildirilir. Eyni zamanda, gömrük vergilərinin amerikalı vətəndaşlara "qanunsuz şəkildə vergi artımı" kimi tətbiq edildiyi vurğulanıb.
Ştat nümayəndələri Tramp administrasiyasının bu siyasətlə "konstitusiya quruluşunu pozduğunu" əsas gətirərək, gömrük rüsumlarının tamamilə ləğv olunmasını tələb edirlər.