Sosial Xidmətlər Agentliyi daha 86 məhkumla bağlı qiymətləndirmə aparıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Sosial Xidmətlər Agentliyi daha 86 məhkumla bağlı qiymətləndirmə aparıb

Qafar Ağayev16:54 - 30 / 04 / 2025
Sosial Xidmətlər Agentliyi daha 86 məhkumla bağlı qiymətləndirmə aparıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları daha dörd cəzaçəkmə müəssisəsində azad edilməsinə üç ay qalmış məhkumlarla görüşlər keçirib.

1news.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Bildirilib ki, Ədliyyə Nazirliyi ilə əməkdaşlıq çərçivəsində Penitensiar xidmətin 1, 2, 5 və 6 saylı cəzaçəkmə müəssisələrində keçirilən görüşlərdə Agentliyin fəaliyyət istiqamətləri barədə məlumat verilib.

Qeyd olunan cəzaçəkmə müəssisələrində cəzasının başa çatmasına üç ay qalmış 86 nəfər məhkumla əlaqəli məlumatlar toplanılıb və qiymətləndirmə həyata keçirilib. Həmin şəxslər azadlığa çıxdıqdan sonra onların sosial-psixoloji yardım xidmətinə cəlb edilməsi nəzərdə tutulur.

Paylaş:
183

Son xəbərlər

Bütün xəbərlər