Qızıldaş qəsəbəsinin iki küçəsi təmir olunur

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Qaradağ rayonunun Qızıldaş qəsəbəsinin 2 küçəsində təmir işləri aparılır.
Agentlikdən 1news.az-a bildirilib ki, sözügedən qəsəbənin uzunluğu 500 metr təşkil edən 16-cı və 900 metr uzunluğa malik 17-ci küçələrində aparılan təmir işləri artıq yekunlaşmaq üzrədir. Torpaq əsaslı olan hər iki küçənin ortalama eni 6 metr təşkil edir.
Təmir çərçivəsində küçələrdə zəruri yerlərdə yararsız qruntun çıxarılması, əks-dolğu işlərinin icrası ilə küçələrin profilə salınması işləri aparılıb.
Hazırda hər iki küçəyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur.


101