“Nağıllar aləmi İçərişəhər” adlı uşaq festivalı keçiriləcək | 1news.az | Xəbərlər
Mədəniyyət

“Nağıllar aləmi İçərişəhər” adlı uşaq festivalı keçiriləcək

Qafar Ağayev12:47 - 27 / 05 / 2025
“Nağıllar aləmi İçərişəhər” adlı uşaq festivalı keçiriləcək

1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Nağıllar aləmi İçərişəhər” adlı uşaq festivalı keçiriləcək.

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, saat 11:30-da uşaqların paradı ilə başlayacaq və 19:00-a qədər davam edəcək tədbir Qız Qalası meydanı, Qoşa Qala meydanı, Qüllə küçəsi, Bakı Xanlar Bağı, Arxeoloji Bağ, Kiçik Qala küçəsi, Dördbucaqlı Qala, Bakı Fotoqrafiya Evi və İçərişəhərin qalereyalarında baş tutacaq.

Balacalar üçün teatr tamaşaları, konsertlər, oyunlar, rəsm və interaktiv sərgilər, ustad dərsləri təqdim olunacaq.

Paylaş:
809

Son xəbərlər

Bütün xəbərlər