İran Hörmüz boğazından keçən gəmilərdən ödəniş almağı planlaşdırır | 1news.az | Xəbərlər
Dünya

İran Hörmüz boğazından keçən gəmilərdən ödəniş almağı planlaşdırır

Oksana Orucova10:25 - Bu gün
İran Hörmüz boğazından keçən gəmilərdən ödəniş almağı planlaşdırır

İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyası Hörmüz boğazından keçən gəmilərə göstərilən xidmətlər qarşılığında ödəniş alınmasını nəzərdə tutan maddəni qəbul edib.

1news.az xarici mətbuata istinadən xəbər verir ki, Komissiyanın sözçüsü Həsən Kaşkavinin sözlərinə görə, “Hörmüz boğazının təhlükəsizliyinin və inkişafının təmin edilməsinə dair Strateji Fəaliyyət Planı” adlı qanun layihəsinin 3-cü maddəsi təsdiqlənib.

Maddəyə əsasən, gəmilərdən dənizçilik, ekologiya, xüsusi hallarda yanacaq təminatı, sığorta, təhlükəsizlik və digər xidmətlərə görə ödəniş alınacaq. Ödənişlərin İran rialı və ya Tehran tərəfindən müəyyən ediləcək digər valyuta ilə həyata keçirilməsi nəzərdə tutulur.

Kaşkavi bildirib ki, qanun layihəsində Hörmüz boğazına sahilyanı ölkələrin hüquqları nəzərə alınıb, beynəlxalq hüquq çərçivəsində dəniz nəqliyyatı azadlığının təmin edilməsi və dövlətlərin suverenliyinə hörmət edilməsi prinsipləri vurğulanıb.

Paylaş:
92

Son xəbərlər

Bütün xəbərlər