Ukraynadan Rusiyaya PUA hücumu: ən azı 10 nəfər ölüb
Rusiya ilə Ukrayna arasında davam edən müharibə çərçivəsində Ukrayna pilotsuz uçuş aparatları (PUA) ilə Rusiyanın müxtəlif bölgələrinə hücumlar həyata keçirib.
1news.az xarici mediaya istinadən xəbər verir ki, Hücumlar nəticəsində azı 10 nəfərin öldüyü bildirilir.
Ukrayna PUA-larının hədəfləri arasında Rusiyanın aparıcı elektron ticarət şirkətlərindən biri olan Ozona məxsus Samara vilayətindəki anbar və digər sənaye müəssisəsi də olub.
Orenburq şəhərinin meri Albert Yumadilov bildirib ki, şəhər PUA hücumuna məruz qalıb. Onun sözlərinə görə, bir neçə PUA sənaye müəssisələrinin yerləşdiyi xüsusi iqtisadi zona üzərində vurulub. PUA qalıqlarının Ozonun logistika kompleksinin ərazisinə düşməsi nəticəsində yanğın baş verib. Yanğın qısa müddətdə söndürülüb.
Ozon şirkəti hücumdan sonra anbarda işlərin dayandırıldığını və hadisə nəticəsində xəsarət alanların olduğunu açıqlayıb.
Ukrayna ordusu isə Samara vilayətində neft emalı zavodunun vurulduğunu və hücumdan sonra müəssisədə yanğın baş verdiyini bildirib.
Rusiya Müdafiə Nazirliyi isə gecə ərzində ölkə ərazisində ümumilikdə 457 Ukrayna PUA-sının vurulduğunu açıqlayıb.











