İsrail 318 gün ərzində atəşkəs razılaşmasını 4 379 dəfə pozdu | 1news.az | Xəbərlər
Dünya

İsrail 318 gün ərzində atəşkəs razılaşmasını 4 379 dəfə pozdu

Oksana Orucova14:54 - Bu gün
İsrail 318 gün ərzində atəşkəs razılaşmasını 4 379 dəfə pozdu

Qəzza Hökumətinin Media Ofisi İsrailin 318 gün əvvəl qüvvəyə minən atəşkəs razılaşmasını 4 379 dəfə pozduğunu açıqlayıb.

1news.az xarici mediaya istinadən xəbər verir ki, məlumata görə, bu müddət ərzində İsrail qüvvələrinin hücumları nəticəsində 1 286 fələstinli həlak olub, 4 257 nəfər yaralanıb. Həmçinin 180 fələstinlinin saxlanıldığı, dağıntılar altından isə 813 meyitin çıxarıldığı bildirilib.

Açıqlamada qeyd olunub ki, dağıdılmış binaların dağıntıları altında 8 mindən çox meyitin olduğu ehtimal edilir.

Bundan əlavə, atəşkəs razılaşmasına əsasən Qəzzaya daxil olması gözlənilən 189 min yardım maşınından yalnız 66 607-si əraziyə daxil olub. Bu, nəzərdə tutulan yardımın təxminən 35 faizini təşkil edir.

Məlumata görə, Rəfah sərhəd-keçid məntəqəsindən keçməsinə icazə verilməsi gözlənilən 29 800 nəfərdən yalnız 11 759 nəfərə keçid imkanı yaradılıb. Bu isə ümumi sayın 39 faizinə bərabərdir.

Paylaş:
43

Son xəbərlər

Bütün xəbərlər