Hindistanda fişəng fabrikində partlayış: 11 ölü, 5 yaralı
Hindistanın Uttar Pradeş ştatının Kauşambi bölgəsində fişəng fabrikində baş verən partlayış nəticəsində 11 nəfər ölüb, 5 nəfər yaralanıb.
1news.az xarici mətbuata istinadən xəbər verir ki, yerli mətbuatın məlumatına görə, ölənlər arasında uşaqlar da var. Onların hamısının fabrik yaxınlığında yaşadığı bildirilib.
Yaralılar xəstəxanaya yerləşdirilib və müalicələri davam etdirilir.
57












