Vyetnamda 2 700 pişiyi kəsib satmaq üçün oğurlayan dəstə SAXLANILDI | 1news.az | Xəbərlər
Dünya

Vyetnamda 2 700 pişiyi kəsib satmaq üçün oğurlayan dəstə SAXLANILDI

Oksana Orucova14:33 - Bu gün
Vyetnamda 2 700 pişiyi kəsib satmaq üçün oğurlayan dəstə SAXLANILDI

Vyetnamda kəsilərək satılması üçün 2 700 pişiyi oğurladığı iddia edilən dəstəyə qarşı əməliyyat keçirilib.

1news.az xarici mətbuata istinadən xəbər verir ki, Vyetnam İctimai Təhlükəsizlik Nazirliyinin məlumatına görə, şübhəlilərin yaşı 16-39 arasında dəyişir.

Basqınlar zamanı pişik tələləri, qəfəslər və tük yolma avadanlıqları aşkarlanıb. Onlarla pişik polis tərəfindən xilas edilib.

Polisin məlumatına görə, dəstə əsasən gecə saat 23:00-dan 04:00-dək fəaliyyət göstərib. Şübhəlilər ev heyvanlarının olduğu evlərin qarşısına yem və tələlər yerləşdirərək pişikləri tutub, daha sonra satış məntəqələrinə aparıblar.

Xilas edilən pişiklərdən 13-ü sahiblərinə qaytarılıb. Digərləri isə sahibləri müəyyənləşdirilənədək “HavePaws” adlı heyvan təşkilatının himayəsinə verilib.

Vyetnamın bəzi bölgələrində, xüsusilə kənd yerlərində pişik ətinin istehlakı hələ də davam edir. Bəzi istehlakçılar pişik ətinin müalicəvi xüsusiyyətlərə malik olduğuna inanırlar.

Paylaş:
93

Son xəbərlər

Bütün xəbərlər