1news.az

Kreml Ermənistan və Azərbaycan sərhədindəki vəziyyətlə bağlı narahatlığını bildirib

14 İyul saat 14:38 ~ 1 dəqiqəlik oxu 2000
Kreml Ermənistan və Azərbaycan sərhədindəki vəziyyətlə bağlı narahatlığını bildirib

“Kreml Ermənistan və Azərbaycan sərhədində baş verən atışmalardan dərin narahatdır və tərəfləri təmkinli olmağa və atəşkəsə rejiminə əməl etməyə çağırır”.

"Report"un Rusiya bürosunun məlumatına görə, bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Biz Ermənistan-Azərbaycan sərhəddində baş verən atışmalardan çox narahatıq. Hər iki tərəfi təmkinli olmağa və atəşkəsə dair öhdəliklərinə əməl etməyə çağırırıq", - deyən D.Peskov qeyd edib.

"Rusiya Minsk qrupunun həmsədri olaraq vasitəçilik səylərini göstərməyə hazırdır. Buna görə də hər iki tərəfi bir daha təmkinli olmağa çağırırıq", - deyə Kremilin mətbuat xidmətinin rəhbəri əlavə edib.

S.Xankişiyeva

 

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Dünya BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net