Rusiyanın azərbaycanlı deputatı kasıbları “parazitlər və alkaşlar” adlandırdı | 1news.az | Xəbərlər
Dünya

Rusiyanın azərbaycanlı deputatı kasıbları “parazitlər və alkaşlar” adlandırdı

12:30 - 07 / 03 / 2019
Rusiyanın azərbaycanlı deputatı kasıbları “parazitlər və alkaşlar” adlandırdı

Rusiyanın Volqoqrad vilayəti Dumasının hakim "Vahid Rusiya" partiyasından deputatı, azərbaycanlı Həsən Nəbiyev pensiyasının azlığından şikayətlənən yoxsul şəxsləri "parazitlər və alkaş" adlandırıb. 

1news.az-ın Baku.ws-ə istinadən verdiyi xəbərə görə, deputatın bu çıxışı ciddi qalmaqala səbəb olub və Dumanın Etika Komissiyasının xüsusi iclasında müzakirə ediləcək.

"Vahid Rusiya" partiyasının regional bölməsinin katibi Sergey Qornyakov Nəbiyevin çıxışına görə partiyanın adından üzr istəyib. Partiyasının yerli şöbəsinin digər nümayəndələri də Nəbiyevin çıxışını pisləyiblər. 

Qeyd edək ki, H. Nəbiyev bu qalmaqallı çıxışını martın 6-da vilayət Dumasının işləməyən pensiyaçıların pensiyalarının hesablanması və ödənilməsi ilə bağlı yeni qaydaların müzakirəyə çıxarıldığı iclasda edib. O, çıxışında bildirib ki, pensiyası 10 min rubla çatmayan volqoqradlılar ona parazitləri və alkaşları xatırladır və belə şəxslərin pensiyalarına əlavələrin edilməsi məqsədəuyğun deyil.

Bu çıxışından sonra Rusiya mediası onun var-dövlətini və illik gəlirini hesablamağa başlayıb. Məlum olub ki, onun 2016-2017-ci illərdə rəsmi gəliri 70 milyon rubl olub. Nəbiyevin özünün və həyat yoldaşının adına onlarla daşınmaz əmlak var.

Onun parazit və alkaş adlandırdığı aztəminatlı pensiyaçılar isə hər ay 8 min rubl alırlar. 

Həsən Nəbiyev uzun müddət "Qazprom transqaz Volqoqrad" MMC şirkətinin rəhbəri olub. 1954-cü ildə Azərbaycanın Gədəbəy rayonunun Zəhmət kəndində anadan olan Nəbiyev 1976-cı ildən indiki "Volqoqradneftmaş" ASC-də işləyib. Mühəndis vəzifəsindən sex rəisi, daha sonra "Volqoqradneftmaş" ASC-nin filialı olan Kotelnikovsk armatur zavodunun direktoru vəzifəsinə qədər yüksəlib. 2004-2016-cı illərdə "Qazprom transqaz Volqoqrad" MMC-nin baş direktoru işləyib. 2003-cü ildən isə vilayət Dumasının deputatıdır.

1news.az

Paylaş:
602

Son xəbərlər

Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59Azərbaycan Prezidenti: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayırBu gün, 14:55İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçirirlər - CANLIBu gün, 14:53Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - FOTOBu gün, 14:42“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilibBu gün, 14:23İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü keçirilib - FOTO - YENİLƏNİBBu gün, 14:19Bakıda körpə pəncərədən düşərək ölübBu gün, 13:59AFFA “Qarabağ” klubunu cərimələyibBu gün, 13:51Bu il martın sonuna manatın real effektiv məzənnəsi azalıbBu gün, 13:32İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİBBu gün, 13:26Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - FOTO - YENİLƏNİBBu gün, 13:13“SABAH.incubation” “Green Hackathon” tədbirini uğurla tamamladı - FOTOBu gün, 13:08Azərbaycanda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcəkBu gün, 13:02Şənbə gününün havası açıqlandı: 32 dərəcə isti olacaqBu gün, 12:47“Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”Bu gün, 12:42Azərbaycan Prezidenti: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyikBu gün, 12:26
Bütün xəbərlər