Son 18 ay ərzində Azercell-in LTE şəbəkəsinin əhatəsi 85% yüksəlib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Son 18 ay ərzində Azercell-in LTE şəbəkəsinin əhatəsi 85% yüksəlib

17:18 - 10 / 08 / 2020
Son 18 ay ərzində Azercell-in LTE şəbəkəsinin əhatəsi 85% yüksəlib

Lider mobil operator LTE üzərində çalışan baza stansiyalarının sayını sürətlə artırır.

İri həcmli məlumatların sürətlə ötürülməsi və yüklənilməsinə ehtiyac olduğu, cəmiyyətin əksər hissəsinin onlayn iş və təhsil rejiminə keçdiyi bir zamanda keyfiyyətli mobil internet xidmətlərinə tələbatın artması qaçılmazdır. İstifadəçilərinin gündəlik rabitə ehtiyaclarını operativ şəkildə qarşılamağa istiqamətlənən ölkənin lider mobil operatoru “Azercell Telekom” öz şəbəkəsinin paytaxt və regionlar boyu daha da keyfiyyətli olması üçün bütün texniki tədbirləri həyata keçirir.

Belə ki, şəbəkənin təkmilləşdirilməsi sahəsində aktiv fəaliyyətinin nəticəsi olaraq ölkə ərazisində Azercell-in təqdim etdiyi LTE xidmətində əhəmiyyətli irəliləyişlər olmuşdur.  2019-cu ilin əvvəlindən həyata keçirilən LTE şəbəkəsinin təkmilləşdirilməsi layihəsi nəticəsində bu texnologiya üzərindən çalışan ümumi Radio Baza Stansiyalarının (RBS) sayı 902-dən 2524-ə yüksəlmiş, təkcə 2020-ci ilin ilk yarısında isə daha 845 vahiddə stansiya istifadəyə verilmişdir.  Xüsusilə regionlarda görülən işlər sayəsində ölkə üzrə LTE şəbəkəsi daha da genişləndirilmiş və coğrafi əhatə dairəsi 9%-dən 68%-ə, əhali əhatəsi isə 31%-dən 85%-ə qədər yüksəlmişdir. Hal-hazırda Azercell internet trafikin yüksək keyfiyyətinin təmin edilməsi və artırılması istiqamətində lazımi işlər aparır.

Bunun üçün LTE spektrinin zolağının genişləndirilməsi və Bakıda LTE şəbəkəsinin keyfiyyətinin yaxşılaşdırılması həyata keçirilir. Həmçinin, abunəçilər üçün son dərəcə əhəmiyyəli olan Bakı metropolitenində də sürətli mobil internetin əlçatan olması üçün tunellərdə təkmilləşdirmə işləri aparılır, LTE şəbəkəsinin genişləndiriıməsi tam sürətlə davam edir.

Layihə çərçivəsində 6 adda metro stansiyada artiq işlər yekunlaşmışdır. Əlavə olaraq metro stansiyalarda LTE-Daşıyıcı Birləşdirmə sistemi də aktiv edilmişdir ki, bu da öz növbəsində LTE şəbəkəsindən istifadə edən abunəçilərin daha yüksək sürət əldə etmələrini təmin edəcəkdir.

Bir daha xatırlatmaq yerinə düşər ki, “Systemics” Avropa şirkətinin ötən il Azərbaycanda keçirdiyi müstəqil bençmarkinq testi nəticəsində Azercell-in bölgələrdə LTE texnologiyası üzrə datanın ötürülmə sürətinə, informasiyanı yükləmə müddətinə və video materialların daha yüksək keyfiyyətlə ötürülməsi parametrlərinə görə ölkənin mobil operatorları arasında daha üstün olduğunu təsdiqləyib. Dünya miqyaslı telekommunikasiya şirkəti olan Ericcson-un apardığı bençmarkinq araşdırmaları isə, LTE şəbəkəsinin sürətinə görə Azercell-in “Öz sinfində” (“Best in class”) ən yaxşı operatorlardan biri olduğunu nümayiş etdirib.   

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

Reklam hüququnda

Paylaş:
746

Son xəbərlər

Taleh Kazımov Vaşinqtonda COP29-un iqtisadi baxımdan əhəmiyyətindən danışdı18 / 04 / 2024, 20:32Avstriyanın maliyyə nazirinin müavini və “Grabher Group” şirkətinin baş direktoru ilə görüş keçirilib - FOTO18 / 04 / 2024, 19:43Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir18 / 04 / 2024, 17:48Sahibə Qafarova: Fransa öz tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqazda davam etdirmək istəyir18 / 04 / 2024, 17:44ADY: Azərbaycanda piyada diqqətsizliyi ağır qəzaya səbəb olub18 / 04 / 2024, 17:40Taleh Kazımov Dünya Bankı və IMF-in yaz toplantılarında iştirak edir18 / 04 / 2024, 17:22Sahibə Qafarova: Fransanın xalqların hüquqlarını kobud şəkildə pozması qəbuledilməzdir18 / 04 / 2024, 16:52Baş prokuror Çinə səfər edib18 / 04 / 2024, 16:49Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib18 / 04 / 2024, 16:06Nazir: “Məktəblərdə daha ciddi fəsadların qarşısı məhz “Məktəblinin dostu” layihəsi əsasında alınıb”18 / 04 / 2024, 16:00Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans keçirilir18 / 04 / 2024, 15:42Rüstəm Ağayev: “Məktəblinin dostu” tərəfindən 11 mindən çox şagirdə ilkin yardım göstərilib18 / 04 / 2024, 15:3815 məktəbdə “Məktəblinin dostu” layihəsi ilə bağlı sorğu keçirilib18 / 04 / 2024, 15:32Marketdən 8 min manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıb18 / 04 / 2024, 14:58Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!18 / 04 / 2024, 14:35Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi svetoforlarla bağlı vətəndaşlara müraciət edib18 / 04 / 2024, 14:31Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıb18 / 04 / 2024, 14:26Azərbaycan və Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıb18 / 04 / 2024, 13:48ABB-dən cəmi bir günə tender qarantiyası18 / 04 / 2024, 13:29Polis Bakıda qanunsuz miqrasiyaya qarşı tədbirlər həyata keçirib, 21 əcnəbi saxlanılıb18 / 04 / 2024, 13:23
Bütün xəbərlər