1news.az

Türkiyə hökuməti: Paşinyanın Azərbaycan və Türkiyənin ünvanına səsləndirdiyi bəyanatlar dünya ictimaiyyətini aldatmaq cəhdidir

26 Sentyabr saat 12:18 ~ 1 dəqiqəlik oxu 1830
Türkiyə hökuməti: Paşinyanın Azərbaycan və Türkiyənin ünvanına səsləndirdiyi bəyanatlar dünya ictimaiyyətini aldatmaq cəhdidir

Ermənistanın baş naziri Nikol Paşinyanın BMT Baş Assambleyasının 75-ci sessiyasında Azərbaycan və Türkiyənin ünvanına səsləndirdiyi bəyanatlar dünya ictimaiyyətinin aldatamaq cəhdidir.

Bu barədə Trend-ə Türkiyə hökumətindən bildiriblər.

Qeyd olunub ki, bütün dünya Ermənistanda dərin daxili siyasi böhranın yaşandığını bilir və o, dünya ictimaiyyətini aldatmaq üçün BMT tribunasından istifadə etdi:

"Amma Paşinyanın dünya ictimaiyyətini Türkiyə və Azərbaycan barədə əsassız bəyanatlarla aldatmaq cəhdləri uğursuzluğa məhkumdur. Cənubi Qafqazda problemlərin əsas səbəbi məhz Ermənistandır. Azərbaycan Ermənistan tərəfindən təcavüzə məruz qalmış ölkə kimi öz ərazilərini azad etmək hüququna malikdir. Paşinyanın Dağlıq Qarabağ münaqişəsini hərbi yoll həllinin olmadığı barədə bəyanatına gəldikdə isə, bu məsələdə qərarı Azərbaycan verir. Türkiyə Azərbaycanın əsas müttəfiqi kimi qəbu edilən qərardan asılı olmayaraq onu hər zaman dəstəkləyəcək".

S.Xankişiyeva

 

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Siyasət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net