Türkiyə-Rusiya-Azərbaycan: Enerji və Nəqliyyat Forumu keçiriləcək | 1news.az | Xəbərlər
İqtisadiyyat

Türkiyə-Rusiya-Azərbaycan: Enerji və Nəqliyyat Forumu keçiriləcək

15:30 - 19 / 08 / 2019
Türkiyə-Rusiya-Azərbaycan: Enerji və Nəqliyyat Forumu keçiriləcək

Avqustun 21-də Türkiyənin paytaxtı Ankara şəhərində Türkiyə, Rusiya  və Azərbaycanın ekspertlerinin iştirakı ilə nəqliyyat və enerji sahəsində Forum keçiriləcək.

1news.az xəbər verir ki,  Forumda üç ölkə arasında yeni regional enerji və nəqliyyat məsələləri üzrə tərəfdaşlıq mövzularının müzakirəsi nəzərdə tutulub.  Ankara Rusiya Araşdırmaları İnstitununun verdiyi məlumata görə, Forum Ankara Yıldırım Bəyazit Universitetində baş tutacaq.

Qeyd edək ki, XXI əsrdə regional və qlobal əməkdaşlıqlar yeni-yeni imkanlar təklif etməkdədir. Türkiyə-Rusiya əlaqələrinin bir çox sahələrdə inkişaf etdiyi bir dövrdə Azərbaycanın da iştirakıyla Qafqaz və Orta Asiyaya təsir edə biləcək yeni əməkdaşlıq imkanlarının ortaya qoyulması məqsədi ilə üç ölkə  mütəxəssisləri qarşılıqlı fikir mübadiləsi aparacaqlar.

Bu forumda, ekspertlər mövcud problemlərin həlli imkanları ilə bağlı yeni təkliflər irəli sürəcəkləri gözlənilir.

Sözügedən Forumun birinci hissəsi Türkiyədə, ikincisi isə Azərbaycanda keçiriləcək. Tədbirin davamı, yəni üçüncü hissəsi dəyirmi masa şəklində Rusiyada baş tutmaqla yanaşı, mövcud problemlərin həllinə dair fikirlər məruzə halına salınaraq kitablaşdırılacaq.

Forum Rusiya Federasiyası Prezident Fondunun dəstəyi, Moskva Çağdaş Türkiyə Araşdırmaları Mərkəzi, Ankara Rusiya Araşdırmaları İnstitutu və Bakı Network-un əməkdaşlığı əsasında həyata keçirilir.

Forumda Ankara Rusiya Araşdırmaları İnstitutunun rəhbəri və Ankara Yıldırım Bəyazit Universitetinin professoru Salih Yılmaz, Moskva Çağdaş Türkiyə Araşdırmaları Mərkəzinin rəhbəri Amur Hacıyev,  Bakı Network-un direktoru Elxan Ələsgərov, Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, Rusiyanın Türkiyədəki səfiri Aleksey Yerxov, Ankara Yıldırım Bəyazit Universitetinin rektoru İbrahim Aydınlı və digər mütəxəssisislərin fikirləri dinləniləcək.

1news.az

Paylaş:
762

Son xəbərlər

Dövlət Xidməti 2 ayda 11 min mənşə sertifikatı veribBu gün, 17:50Ceyhun Bayramov Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə cari vəziyyəti müzakirə edibBu gün, 17:38Mikayıl Cabbarov Alessandra Rokkasalvo ilə görüşdü, tərəfdaşlıq istiqamətləri barədə müzakirə aparılıbBu gün, 17:30AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıbBu gün, 17:19Hikmət Hacıyev: ABŞ-nin sülh prosesində Ermənistanın xeyrinə birtərəfli mövqe tutması çox məyusedicidirBu gün, 17:10Milli Məclisin deputatı Özbəkistana səfər edəcəkBu gün, 17:00Meteohəssas insanların diqqətinə!Bu gün, 16:59Cəlillabadda məktəb direktorunun məhkəməsi başlayırBu gün, 16:44Sumqayıtda fəhlə işlədiyi zavodda ölübBu gün, 16:41Nobel Mükafatı Laureatı, professor Muhammad Yunus UNEC Rektoruna müraciət edibBu gün, 16:29ADY-nin Bakıətrafı sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına başlanılırBu gün, 16:22Güclü külək əsəcək - XƏBƏRDARLIQBu gün, 16:15Bakının mərkəzində qəza sıxlığa səbəb olduBu gün, 16:01Havada toz müşahidə olunurBu gün, 15:418 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22
Bütün xəbərlər