İstanbul aeroportunda yaralanan qadınlardan biri vəfat etdi – FOTO-YENİLƏNMƏ
İstanbulun “Sabiha Gökçen” hava limanında baş verən partlayış nəticəsində yaralanan qadınlardan biri vəfat etdi.
1news.az-ın Milliyet nəşrinə istinadla verdiyi xəbərə görə, 30 yaşlı Zəhra Yamac başından yaralanaraq Pendik rayonundakı xəstəxanaya çatdırılıb. Lakin həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
12:25
“Sabiha Gökçen”-də baş verən partlayış aeroportun fəaliyyətinə mane olmayıb
İstanbulun “Sabiha Gökçen” hava limanında baş verən partlayış nəticəsində xəsarət alan qadınlardan birinin vəziyyəti ağır olaraq qalır.
1news.az-ın Haberler.com-a istinadla verdiyi xəbərə görə, 30 yaşlı Zəhra Yamac başından yaralanaraq Pendik rayonundakı xəstəxanaya çatdılıb, həkimlər onun həyatını xilas etməyə çalışırlar. Bununla belə, “Sabiha Gökçen” aeroportunun fəaliyyətində heç bir ləngimələr baş verməyib. Bütün reyslər öz vaxtında həyata keçirilir.
Eyni zamanda, hadisə yerində mütəxəssilər araşdırma aparır. Araşdırmaların nəticəsi olaraq partlayışın səbəbinin rəsmi açıqlaması veriləcək.
09.45
İstanbul aeroportunda partlayış: 2 nəfər yaralanıb
Bu gün səhər İstanbulun “Sabiha Gökçen” hava limanında baş verən partlayış nəticəsində iki nəfər qadın yaralanıb.
Bu haqda 1news.az-ın Hurriyet qazetinə istinadən verdiyi xəbərə görə, partlayış Bakı vaxtilə səhər 04.05-də baş verib.
Partlayışdan əsasən aeroport işçiləri yaralanıb ki, onlardan birinin vəziyyəti ağırdır. Məlumatda qeyd olunur ki, qadınlardan biri əlindən, o birisi isə başından yaralanıb.
İstanbulun qubernatoru Vasip Şahin bildirib ki, hadisə yerində mütəxəssislər araşdırma aparır və partlayışın səbəbləri də onların söyləyəcəyi nəticələrdən sonra veriləcək.
1news.az