“Neft Daşları” yatağında yeni quyu istismara verilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Neft Daşları” yatağında yeni quyu istismara verilib

12:43 - 31 / 12 / 2015
“Neft Daşları” yatağında yeni quyu istismara verilib

“Neft Daşları” yatağındakı 418A nömrəli estakadayanı meydançada 2614 nömrəli quyu qazmadan sonra istismara verilib.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, kompleks qazma işləri tresti tərəfindən qala lay dəstəsinə qazılan quyu 970-960 metr intervaldan sutkalıq 12 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.

Quyu “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” neft və qazçıxarma idarəsinin sifarişi ilə qazılıb.

Paylaş:
883

Son xəbərlər

Bütün xəbərlər