Keçən il toplanan gömrük vergi və rüsumlarının məbləği açıqlanıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Keçən il toplanan gömrük vergi və rüsumlarının məbləği açıqlanıb

11:22 - 06 / 01 / 2016
Keçən il toplanan gömrük vergi və rüsumlarının məbləği açıqlanıb

2015-ci il üçün Dövlət Gömrük Komitəsi üzrə müəyyənləşdirilən illik büdcə proqnozunun yerinə yetirilməsi təmin edilib. 

1news.az xəbər verir ki, bu barədə adıçəkilən qurumdan məlumat veriblər.

İlkin məlumata görə, il ərzində gömrük orqanları tərəfindən nəzərdə tutulmuş 1 milyard 590 milyon manat proqnoza qarşı, faktiki olaraq 1 milyard 591,14 milyon manat gömrük vergi və rüsumları toplanaraq dövlət büdcəsinə köçürülüb, proqnoz 100,07 faiz yerinə yetirilib.

Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 80,4 milyon manat və ya 5,3 faiz çoxdur.

1news.az

Paylaş:
709

Son xəbərlər

Şamaxıda zəlzələ olub

05 / 06 / 2025, 16:34
Bütün xəbərlər