SOCAR keçən il həyata keçirilmiş qazma işlərinin həcmini açıqlayıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

SOCAR keçən il həyata keçirilmiş qazma işlərinin həcmini açıqlayıb

12:36 - 06 / 01 / 2016
SOCAR keçən il həyata keçirilmiş qazma işlərinin həcmini açıqlayıb

2015-ci ilin dekabr ayı ərzində SOCAR tərəfindən (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 6686 metr qazma işi həyata keçirilib.

1news.az-ın SOCAR-ın rəsmi saytına istinadən verdiyi xəbərə görə, bu sahədə görülmüş işlərin hamısı istismara aid olub.

Ümumiyyətlə, 2015-ci ilin yanvar-dekabr aylarında SOCAR üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 104411 metr qazma işi görülüb ki, bunun da 103411 metri istismara, qalanı isə kəşfiyyata aid olub.

Qeyd edək ki, dekabr ayı ərzində qazmadan alınmış 10, 2015-ci il ərzində isə 73 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib.

1news.az

Paylaş:
620

Son xəbərlər

Şamaxıda zəlzələ olub

05 / 06 / 2025, 16:34
Bütün xəbərlər