Cəbhə xəttində keçirilən monitorinq insidentsiz başa çatıb | 1news.az | Xəbərlər
Siyasət

Cəbhə xəttində keçirilən monitorinq insidentsiz başa çatıb

12:34 - 18 / 02 / 2016
Cəbhə xəttində keçirilən monitorinq insidentsiz başa çatıb

ATƏT-in bu gün cəbhənin Tərtər rayonu ərazisindəki qoşunların təmas xəttində keçirdiyi monitorinq insidentsiz başa çatıb.

Bu barədə 1news.az-a məlumatı Müdafiə Nazirliyinin mətbuat xidmətindən veriblər.

Qeyd edək ki, monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik və onun səhra köməkçisi Jiri Aberle, təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Yevgeni Şarov, Xristo Xristov və Peter Svedberq keçiriblər.

1news.az

Paylaş:
724

Son xəbərlər

Bütün xəbərlər