AccessBank korporativ biznes sahəsində nüfuzlu mükafata layiq görülüb
Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Ticarətə Yardım Proqramı (The Trade Facilitation Programme, TFP) çərçivəsində AccessBank-ı 2016-cı il üzrə Azərbaycanda ticarətin maliyyələşdirilməsi sahəsində ən fəal emitent bank adına layiq görüb.
Mükafat AYİB-in mayın 9-da Nikosiya şəhərində keçirdiyi İllik Yığıncaq və Biznes Forumu zamanı baş tutan təntənəli mərasimdə təqdim olunub.
AccessBank-ın İdarə Heyətinin sədri Rolf Reichardt bu təltifatı alqışlayaraq şərh edib:
“Biz AYİB kimi nüfuzlu beynəlxalq təşkilat tərəfindən bu cür fəxri mükafata layiq görülməyimizlə qürur duyuruq. Bu, bir daha təsdiq edir ki, AccessBank yerli sahibkarlığın dəstəklənməsi üzrə missiyasını uğurla həyata keçirir və missiyamızın vacib hissələrindən biri də xarici ticarət əməliyyatlarının maliyyələşdirilməsidir. Bank korporativ bankçılığın inkişaf strategiyası çərçivəsində təqdim etdiyi korporativ məhsul və xidmətlərin çeşidini genişləndirməyi, həmçinin ticarətin maliyyələşdirilməsi üzrə əməliyyatların həcmini daha da artırmağı planlaşdırır”.
AYİB-in Ticarətə Yardım Proqramı 1999-cu il tarixindən fəaliyyət göstərir və hal-hazırda özündə əməliyyat dövriyyəsi 15 mlrd. avrodan çox olan 28 ölkədən 100-dən artıq emitent-bankı birləşdirir.
Xatırladaq ki, AYİB AccessBank-ın strateji səhmdarlarından biridir və Bankın nizamnamə kapitalında 20% paya sahibdir.
AccessBank 2002-ci ildə Qara Dəniz Ticarət və İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, KfW, LFS Financial Systems GmbH adlı Alman konsaltinq şirkəti və AccessHoldinq tərəfindən yaradılıb. Azərbaycanın aparıcı banklarından biri olan AccessBank tam çeşidli bank xidmətləri təqdim edir.