Azərbaycan türkdilli ölkələr arasında ticarəti asanlaşdırmağı təklif edib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan türkdilli ölkələr arasında ticarəti asanlaşdırmağı təklif edib

S.Xankişiyeva11:21 - 10 / 09 / 2021
Azərbaycan türkdilli ölkələr arasında ticarəti asanlaşdırmağı təklif edib

“Çağdaş dünyanın əsas çağırışlarından biri rəqəmsal ticarətin sürətlə inkişafıdır. Bildiyiniz kimi sözügedən sahənin inkişaf etdirilməsi üçün bu ilin aprel ayında Azərbaycanla Türkiyə arasında anlaşma memorandumu imzalanıb.

Həmin sənəd ticarət əlaqələrinin yeni müstəvidə genişləndirilməsinə, mal və xidmətlərin müasir vasitələrlə ticarətinə təkan verib”.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, bunu Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv ölkələrin iqtisadiyyat nazirlərinin 10-cu görüşündə azərbaycanlı nazir Mikayıl Cabbarov deyib.

“Türkdilli ölkələr arasında rəqəmsal ticarət platformasının qurulması üçün işlər aparılacaq. Düşünürəm ki, çoxtərəfli memorandum ölkələrimiz arasında rəqəmsal ticarət platformasının yaradılmasını təşviq edəcək. Biz bu təkliflə çıxış edirik ki, Türkiyə ilə imzalanan memorandum bütün turk dövlətlərini əhatə etsin və biz çoxtərəfli memorandumun hazırlanmasına başlayaq”, - deyə o, qeyd edib.

M.Cabbarov türkdilli ölkələrin “yaşıl enerji”, loqistika və infrastruktur sahəsində də əməkdaşlığının vacib olduğunu qeyd edib: "Bu tədbir həm də noyabrda keçiriləcək zirvə toplantısının iqtisadi blokunun formalaşdırılması məqsədi daşıyır. Bu baxımdan bizim üzərimizə böyük məsuliyyət düşür. Gündəliyimizdə duran əsas məsələlər iqtisadiyyat üzrə işçi qrupunun katibliyinin fəaliyyətinə dair hesabatın dinlənilməsi və cari məsələlərin müzakirəsi, müxtəlif iqtisadi zonalar sahəsində anlaşma memorandumunun imzalanması və türkdilli ölkələrdə aktiv fəaliyyət göstərən şirkətlərin mükafatlandırılamsıdır".

Paylaş:
410

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər