Prezident İlham Əliyev Bosniya və Herseqovinanın Azərbaycanda yeni təyin olunan səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB | 1news.az | Xəbərlər
Siyasət

Prezident İlham Əliyev Bosniya və Herseqovinanın Azərbaycanda yeni təyin olunan səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB

17:05 - 25 / 08 / 2022
Prezident İlham Əliyev Bosniya və Herseqovinanın Azərbaycanda yeni təyin olunan səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 25-də Bosniya və Herseqovinanın ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Adis Alagiçin etimadnaməsini qəbul edib.

1news.az xəbər verir ki, Adis Alagiç etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.

Prezident İlham Əliyev səfirlə söhbət etdi.

İkitərəfli əlaqələrə toxunan dövlətimizin başçısı Bosniya və Herseqovinanın rəhbərləri, o cümlədən Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Şefik Caferoviçlə görüşlərini məmnunluqla xatırladı və ona salamlarını çatdırmağı xahiş etdi. Prezident İlham Əliyev bu görüşlərdə çox səmimi və səmərəli müzakirələrin aparıldığını dedi.

Dövlətimizin başçısı Ermənistanın işğalı zamanı və Qarabağın azad edildiyi dövrdə Bosniya və Herseqovinanın Azərbaycanın yanında olmasını yüksək qiymətləndirdi və bunu ikitərəfli münasibətlərimizin yüksək səviyyədə olmasının göstəricisi kimi dəyərləndirdi. Prezident İlham Əliyev, eyni zamanda, beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatında da göstərilən qarşılıqlı dəstəyin önəmini qeyd etdi..

Səfir ilk növbədə Bosniya və Herseqovina rəhbərliyinin salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Bosniya və Herseqovina rəhbərliyinə çatdırmağı xahiş etdi.

Azərbaycana səfir təyin olunmasından qürur duyduğunu qeyd edən Adis Alagiç fəaliyyəti dövründə əlaqələrimizin daha da genişləndirilməsi istiqamətində səylərini əsirgəməyəcini dedi.

Səfir vurğuladı ki, ölkəsi Azərbaycanın beynəlxalq hüquq normalarına uyğun olaraq öz ərazi bütövlüyünü müdafiə etməsini və Qarabağın uğurla bərpa olunmasını dəstəkləyir. O, ötən il Ağdama, yaxın günlərdə isə Şuşaya planlaşdırılan səfərindən məmnunluq hissi duyduğunu bildirdi. Adis Alagiç ölkələrimiz arasında çox güclü siyasi əlaqələrin ümumilikdə ikitərəfli münasibətlərimizə olduqca müsbət təsir etdiyini dedi. Diplomat ölkəsinin ikitərəfli və çoxtərəfli səviyyədə əlaqələrimizi daha da möhkəmləndirilməsində maraqlı olduğunu qeyd etdi.

12:28

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 25-də Bosniya və Herseqovinanın ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Adis Alagiçin etimadnaməsini qəbul edib.

1news.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Paylaş:
402

Son xəbərlər

Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12Prezident Surinamın dövlət başçısını təbrik edibBu gün, 12:09
Bütün xəbərlər