Puqaçova Solovyova cavab verdi: “Qəzəbdən və ədəbsizlikdən partlamaq olar” - FOTO
Rusiyalı müğənni Alla Puqaçova teleaparıcı Vladimir Solovyovun ifaçının Ukrayna hadisələrinə münasibət bildirməməsilə bağlı ittihamlarına cavab verib. Müğənni sosial şəbəkədə jurnalistin davranışına münasibət bildirib.
1news.az oxu.az-a istinadən xəbər verir ki, "Heyf Volodyadan. Axı qəzəbdən və ədəbsizlikdən partlamaq olar", - deyə Puqaçova yazıb.
Qeyd edək ki, müğənninin Rusiyaya qayıtması Solovyovu qəzəbləndirib.
"O, övladlarını məktəbə göndərmək üçün qayıdıb? Və ərinin nə daşıdığına diqqət yetirməyib, heç nə deməyib? Niyə gəlib? Pulu qurtarıb?" - deyə teleaparıcı hiddətlənib.
1news.az
313