Bu ölkənin prezidentinin qardaşını döydülər | 1news.az | Xəbərlər
Dünya

Bu ölkənin prezidentinin qardaşını döydülər

16:10 - 05 / 09 / 2022
Bu ölkənin prezidentinin qardaşını döydülər

Bir qrup naməlum şəxs Çili prezidenti Qabriel Boriçin qardaşı Simon Boriçə hücum edib.

1news.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Çili Universiteti və "BioBioChile" radiosu məlumat yayıb.

Məlumata əsasən, insident sentyabrın 1-i günorta vaxtı baş verib. Bir qrup naməlum şəxs Simon Boriçi, həmçinin Fransiska Palma, Xorxe Baes və Raul Roanı döyüb və xəsarətlər yetiriblər.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

İnsidentlə əlaqədar 3 nəfər polislər tərəfindən saxlanılıb.

Digər təfərrüatlar barədə məlumat verilmir.

1news.az

Paylaş:
316

Son xəbərlər

Bütün xəbərlər