Ermənistan vətəndaşı minaya düşdü
Ermənistanda Göyçə vilayətində erməni minaya düşüb.
1news.az erməni mətbuatına istinadən xəbər verir ki, Ermənistan vətəndaşı 31 yaşlı Suren L. Göyçə vilayəti ərazisində minaya düşüb.
Mina partlamasından xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib.
Onun ayağı ambutasiya olunub.
Bildirək ki, hadisə oktyabrın 2-də axşam saatlarında baş verib.
Qeyd edək ki, Ermənistan Azərbaycanla sərhədə minalar döşəyib. Erməni diversantlar isə vaxtaşırı olaraq sərhədi keçərək, Azərbaycan ərazilərinə də mina basdırır.
Aynurə Xudaverdiyeva
530