“Ermənistanın törətdiyi ekoloji cinayətlərə bağlı Azərbaycana 16 milyard manat ziyan dəyib” | 1news.az | Xəbərlər
Siyasət

“Ermənistanın törətdiyi ekoloji cinayətlərə bağlı Azərbaycana 16 milyard manat ziyan dəyib”

13:50 - 06 / 10 / 2022
“Ermənistanın törətdiyi ekoloji cinayətlərə bağlı Azərbaycana 16 milyard manat ziyan dəyib”

“Ermənistanın törətdiyi ekoloji cinayətlərə bağlı Azərbaycana 16 milyard manat ziyan dəyib” .

1news.az xəbər verir ki, bunu Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi İlqar Səfərov deyib. O bildirib ki, araşdırma zamanı müəyyən edilib ki, uzun müddət işğal altında saxlanılmış ərazilərdə:

- Oxçuçay (üzlük daşı), Zəngilan (əhəng xammalı), Vejnəli (kvars-qızıl-sulfid), Şərifan (qum), Xaçınçay dərəsi( şirin su), Əkərəçay dərəsi (şirinsu) yataqları,

- Kəlbəcər rayonu üzrə Çaplı (qum çınqıl), Ağyataq (civə), Söyüdlü (zod-qızıl-sulfid), Qızılbulaq (qızıl-mis-kolçedan), Ağduzdağ (qızıl-nəcib metallar), Heydərə (qızıl) Qərbi Qızılitən və Ağzıbir (qızıl), Tərtərçay (qum-çınqıl), İlyaslı və Çaykənd (qarışıq süxur), Aşağı və Yuxarı İstisu (termal mineral su),

- Cəbrayıl rayonu üzrə Göyərçin Veysəlli (sement xammalı), Soltanlı (qum), Qaracalı (qum), Tuluz (mişar daşı), Hacılı 1 (gəc), Şarakənçəy dərəsi, İnçəçay dərəsi, Cəbrayılçay dərəsi, Çaylaqçay dərəsi, Qozluçay dərəsi, Çaxmaqçay dərəsi (şirin su yataqları),

- Tərtər rayonu üzrə Dəmirli (mis-molibden),Çardaqlı (daş kömür), Suqovuşan-Talış (qarışıq süxur), Qarabağ düzü (şirin su),

- Ağdam rayonu üzrə Abdal-Gülablı (üzlük daş), Şahbulaq, Çobandağ, Boyəhmədli (sement xammal), Qarqarçay 1(qum -çınqıl), Şelli (üzlük daş), Qarqarçay dərəsi (şirin su),

- Şuşa rayonu üzrə Şuşa 1 (əhəng xammalı), Qarqarçay sahəsi, Xankəndiçay sahəsi (şirin su), Turşu (mineral su),

- Füzuli rayonu üzrə Dövlətyarlı (mişar daşı) Quruçay (qum-çınqıl), Mil yatağı (şirin su),

- Xocavənd rayonu üzrə Binə, Hadrut, Tuğ, Məlikcanlı, Edillli (qarışıq süxur və qırmadaş),

- Laçın rayonu üzrə Yuxarı Həkəriçay (qum-çınqıl), Laçın-Şuşa avtomobil yolu (qarışıq süxur), Minkənd (mineral su) olmaqla

təbiət obyektləri (meşə fondu, meşə fonduna aid olmayan bitkilər, xüsusi mühafizə olunan təbiət əraziləri, təbiət abidələri və mineral-xammal yataqları) Ermənistan Respublikası və onun vəzifəli şəxsləri tərəfindən qanunsuz istismar olunub, ilkin araşdırma nəticədə maddi ziyanın təqribən 16.200.059.474,80 manat olması müəyyən edilib.

Paylaş:
507

Son xəbərlər

Leysan yağacaq - XƏBƏRDARLIQBu gün, 11:47Sahibə Qafarova: Bu il iqtisadiyyatın əsas sektorlarında mühüm uğurlar müşahidə edilirBu gün, 11:35ABB Bakıxanov qəsəbəsində yeni filial açdı!Bu gün, 11:27Məktəbəhazırlıq qrupları və birinci siniflərin yerdəyişməsi başlayıbBu gün, 11:14Goranboyda 11 baş xırdabuynuzlu heyvanı oğurlayan şəxs saxlanılıbBu gün, 11:08“Bilim Bakı” mərkəzinin şagirdlərinin növbəti beynəlxalq uğuruBu gün, 10:48“Şəki Şərab” şərab zavodunun muzeyi “Korporativ Muzey” Milli Mükafatının qalibi olub - FOTOBu gün, 10:38Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”Bu gün, 10:31Bakıda və Abşeron yarımadasında külək 23 metr/saniyəyəyə qədər güclənib - Faktiki havaBu gün, 10:21COP29 çərçivəsində xarici media nümayəndələri İçərişəhəri ziyarət edibBu gün, 10:12FHN: Ötən sutkada 24 yanğına çıxış olub, 2 nəfər xilas edilibBu gün, 10:08AMB ilk dəfə Xankəndidə poçt filialına bank lisenziyası veribBu gün, 09:49Dünya bazarlarında qızıl və gümüş cüzi ucuzlaşıbBu gün, 09:47Bu gündən COP29 zolaqları qüvvəsini itiribBu gün, 09:30AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:27Məktəblərdə payız tətili başa çatıbBu gün, 09:14İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edibBu gün, 09:03AYNA: Bütün marşrut avtobuslarının fəaliyyəti bərpa edilibBu gün, 09:02Bu gün Kəlbəcər Şəhəri GünüdürBu gün, 09:01Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:52
Bütün xəbərlər